Search here...
TOP

Avrora Qrup yeni ERP və BPİ layihələrini təqdim edib

Avrora Qrup 2020-ci ildə olduğu kimi 2021-ci ilə də uğur və yeniliklərlə başladı. Şirkətimiz “ERP” və “Biznes Proseslərinin İdarəolunması” sisteminin yenilənməsinə start verib. Artıq dünyanın aparıcı şirkətlərinin istifadə ediyi ERP proqram təminatının qurulması üçün danışıqlara başlanılıb. Bugün şirkətin baş ofisində bununla bağlı təqdimat keçirilmişdir.

İşlərə öncəliklə “Biznes Proseslərinin İdarəolunması” sisteminin qrulması ilə başlanacaq. Şirkətdə fəaliyyət göstərən hər bir department, şöbə və bölmənin iş yükü və iş prosesi müəyyənləşdiriləcək. Daha sonra bunlar proses olaraq yazılacaq və analiz olunacaq. Beləliklə sərbəst qərarvermə və stabil iş axışı təmin olunacaq.

Bu proseslərlə yanaşı yeni ERP sisteminin qurulması üçün önhazırlıq və konseptual dizaynın hazırlanmasına start veriləcək. Bu sistem özündə ERP, CRM, SCM, BI və İOT sistemlərini birləşdirəcək. Yeni ERP layihəsinin hədəfləri doğru maliyyətləndirmə, anlıq doğru raporlanma, təkrarlanan məlumat girişinin olmaması, məlumatların hər yerdən əlçatan olması, manual görülən işlərin azaldılaraq çalışanlara daha çox zaman qazandırılması, məlumatların daha geniş və sağlam şəkildə formalaşdırılması, bu datalara əsasən real və uğurlu biznes qərarlarının verilməsinə xidmət etmək olacaqdır.

Layihələrdə şirkət əməkdaşlarının proseslər zamanı qarşılaşdığı problemlər, çətinliklər dinləniləcək və təkliflər dəyərləndiriləcəkdir. Şirkətimiz üçün xeyirli və uğurlu olsun.