Avrora əməkdaşlarına sertifikatlar təqdim olunub

Avrora Qrupun təlim və inkişaf strategiyası çərçivəsində növbəti dəfə təlim təşkil olunub. Əməkdaşlarımızın vəzifə öhdəliklərini daha effektiv şəkildə həyata keçirməkləri məqsədilə 20.11.2020-21.11.2020 və 25.11.2020-27.11.2020 tarixlərində Hökməli İstehsalat binasında “ ISO 22000:2018 Food Safety Management Systems Standard Awareness” və “ISO 19011:2018 Auditing Management Systems Standard Awareness” təlimləri həyata keçirilib.

Məlumat üçün bildirək ki, təlimin sonunda həyata keçirilən imtahandan uğurla keçən hər bir iştirakçıya təlimdə iştirak barəsində serfitikat təqdim olunub.