ELLAB Diaqnostika Mərkəzinin nəzdində Sağlam Çəki İdarəetmə Mərkəzi fəaliyyətə başlayıb. Mərkəz artıq çəki, piylənmə və çəki azlığı ilə bağlı müraciət edən şəxslərə fərdi ehtiyaclarına uyğun kompleks xidmətlər təqdim edir.
Mərkəzin əsas məqsədi pasiyentlərin sağlamlıq vəziyyətini, tibbi göstəricilərini və fərdi ehtiyaclarını nəzərə alaraq sağlam çəkiyə nail olmalarına dəstək göstərməkdir.
Çəki idarəetmə prosesi üç mütəxəssisin birgə iştirakı ilə həyata keçirilir:
– Hafizə Vəlizadə – endokrinoloq
– İclal Sezer Eyvazova – psixoloq
– Reyhan Cabbarlı – dietoloq
İlkin konsultasiya zamanı pasiyentin ümumi vəziyyəti qiymətləndirilir. Tibbi göstəricilər, qidalanma vərdişləri və psixoloji amillər nəzərə alınaraq mütəxəssislərin birgə rəyi əsasında fərdi çəki idarəetmə planı hazırlanır.
Mərkəzdə fərqli ehtiyaclara uyğun üç başlanğıc paketi təqdim olunur:
– “Sağlam bərpa” – 275 AZN: Çəki azlığı şikayəti olan şəxslər üçün nəzərdə tutulub. Paketə mütəxəssis konsultasiyaları, laborator analizlər və InBody cihazı ilə bədən tərkibinin analizi daxildir.
– “Metabolik sağlamlıq” – 370 AZN: Piylənmə şikayəti olan şəxslər üçün nəzərdə tutulub. Paketə mütəxəssis konsultasiyaları, laborator analizlər, InBody analizi, üst abdomen və tiroid USM müayinələri daxildir.
– “Optimal çəki” – 250 AZN: Artıq çəki şikayəti olan şəxslər üçün nəzərdə tutulub. Paketə mütəxəssis konsultasiyaları, laborator analizlər və InBody cihazı ilə bədən tərkibinin analizi daxildir.
Ünvan: Bakı şəhəri, Aşıq Molla Cümə küçəsi, 44
Ətraflı məlumat və qeydiyyat: *5205



