Əməkdaşların iş mühitində rahatlığının artırılması və fasilə vaxtlarının daha səmərəli, eyni zamanda maraqlı təşkili məqsədilə Avrora Baş ofisinin 2-ci mərtəbəsində yeni BİZON CYBER oyun zonası yaradılaraq istifadəyə verilmişdir.
Müasir yanaşmaya əsaslanan bu təşəbbüs əməkdaşların gündəlik iş ritmində balansın qorunmasına, həmçinin motivasiyanın artırılmasına yönəlib. Yeni oyun zonası əməkdaşlara qısa fasilələr zamanı istirahət etmək, enerjini bərpa etmək və işə daha yüksək motivasiya ilə qayıtmaq imkanı yaradır.
Bununla yanaşı, sözügedən məkan komanda ruhunun gücləndirilməsi baxımından da əhəmiyyətli rol oynayacaq. Əməkdaşlar burada həmkarları ilə birgə vaxt keçirərək qeyri-rəsmi ünsiyyəti inkişaf etdirə və komanda daxilində əlaqələri daha da möhkəmləndirə biləcəklər.
Məlumat üçün bildirək ki, əməkdaşlar oyun zonasına qoyulmuş QR kod vasitəsilə qeydiyyatdan keçərək oyuna yazıla bilərlər. Qeydiyyat Outlook vasitəsilə də mümkündür.
Avrora Qrup əməkdaş məmnuniyyətinin artırılması və müasir iş mühitinin formalaşdırılması istiqamətində bu kimi təşəbbüsləri davam etdirməyi planlaşdırır.






