Azərbaycanın ən sevilən markalarından biri olan Bizon yay mövsümünə böyük həyəcan vəd edən yeni kampaniya ilə başlayır. “13 həftə, 13 avtomobil” adlı lotereya kampaniyası çərçivəsində iştirakçılar hər həftə bir avtomobil qazanmaq şansı əldə edəcəklər.
1 iyun – 30 avqust tarixlərini əhatə edən kampaniya müddətində istehlakçılar lotereyalı Bizon məhsulu alaraq qapağın altındakı xüsusi kod vasitəsilə kampaniyada iştirak edə bilərlər. Kampaniyanın əsas hədiyyəsi müasir dizaynı, komfortlu idarəetməsi və gündəlik istifadə üçün uyğunluğu ilə seçilən Changan Q05 model avtomobilidir.
Kampaniyada iştirak etmək üçün istehlakçılar:
* Lotereyalı Bizon bankasını əldə etməli,
* Məhsul üzərindəki QR kodu skan etməli və ya promo.bizon.az saytına daxil olmalı,
* Qapağın altındakı kodu və telefon nömrəsini sistemə daxil etməlidirlər.
Qaliblər hər həftənin bazar ertəsi günü canlı yayım vasitəsilə Bizon Energy Youtube kanalı üzərindən elan ediləcək və izləyicilər prosesi real vaxtda izləyə biləcəklər.
Kampaniya təşkilatçıları iştirakçılara xatırladır ki, qalib müəyyən olunduğu halda məhsulun qapağı mütləq şəkildə təqdim edilməlidir.
Bizon markası bu yay da gənclərin ritmini və adrenalini paylaşmağa davam edir. 13 həftə boyunca davam edəcək kampaniya istehlakçılar üçün yayı daha maraqlı və unudulmaz etməyi hədəfləyir.
Bizon “13 həftə, 13 avtomobil” kampaniyasına start verdi