Search here...
TOP

Avrora Qrup yarımfinalda

“Dirçəliş Kuboku”nda uğurlu çıxışını davam etdirən komandamız növbəti mərhələyə yüksələrək artıq yarımfinalda mübarizə aparacaq.

Belə ki, son çempion SOCAR komandası ilə keçirilən və əsas vaxtı 4-4 hesabı ilə başa çatan gərgin qarşılaşmada rəqibini penalti zərbələri seriyasında məğlub edən komandamız yarımfinala yüksələrək turnirin ən güclü 4 komandası sırasında yer alıb.

Yarımfinal mərhələsində komandamızın rəqibi Azərconnect komandası olacaq.

Qeyd edək ki, “Dirçəliş Kuboku” Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi, “Avrora Qrup”un baş sponsorluğu və “CBC Sport” telekanalının informasiya dəstəyi ilə keçirilir.