Search here...
TOP

Avrora Qrup uşaq futboluna dəstək olacaq

Avrora Qrup Azərbaycan futbolunun inkişafı və uşaqların motivasiyası üçün iki böyük ilkə imza atıb. Belə ki, şirkət AFFA tərəfindən qeydiyyata alınan “European Football Academy” klubunun baş sponsoru olub. Klub azyaşlı uşaqlarda futbol vərdişləri yaratmaqla yanaşı, liqalarda iştirak etmək üçün futbol komandaya da sahibdir. EFA futbol klubu bütün oyunlarına Avrora loqolu formalarla çıxacaqlar.

Bundan başqa şirkət AFFA tərəfindən dəstəklənən Baku Sporting Futbol Klubuna da dəstək olacaq.  Ümumi uşaq sayı 120 nəfər olan klubun hədəfi  2021-2022 liqa çempionatında iştirak edərək layiqli yerləri tutmaqdır. Klubun rəsmi formasının üzərində Kreki loqosu qeyd ediləcəkdir.

Hər iki kluba uğurlar arzu edirik.