Avrora Qrup Sea Breeze Resort -da Azeri Home Chef kulinariya icmasının təşkilatçılığı ilə keçirilən “World Bread Day” festivalında iştirak edib. Şirkətin Doymak makaron brendi tədbirin baş sponsoru, Sladena brendi isə sponsor qismində çıxış etmişdir.
Festivala Azərbaycanla yanaşı Ukrayna, Özbəkistan, Rusiya, İsrail, Pakistan, Gürcüstanın müxtəlif şəhər və rayonlarının nümayəndələri də qatılmışdır. Festival zamanı kulinarlar 300-dən çox çörək növü hazırlayaraq iştirakçılara dadım üçün təqdim ediblər. Ən dadlı çörək bişirən kulinarlar qiymətli hədiyyələr və diplomlarla təltif edilib.
Qeyd edək ki, Doymak və Sladyona brendlərinin stendləri tədbir ərazisində quraşdırılmış və gələn qonaqlara məhsullar haqqında məlumat verilmişdir.