Avrora Qrup Novruzu “Avrora Sənaye Parkın”da və baş ofisdə təşkil olunan xüsusi tədbirlə qeyd edib. Tədbir çərçivəsində həyata keçirilən rəmzi aktivlik – “Qazanımız bir qaynasın” – hər bir əməkdaşın töhfəsinin ümumi nəticəyə çevrildiyini simvolizə edib.
“Birlik və bağlılıq” dəyərinin ön planda olduğu tədbirdə Kosa və Keçəl obrazları əyləncəli anlar yaşadıb, milli musiqilər və birgə rəqslər isə bayram ovqatını daha da yüksəldib.
Tədbirdən hazırlanmış qısa videogörüntünü təqdim edirik.