“Dirçəliş Kuboku” xeyriyyə futbol turnirində Avrora Qrup növbəti qələbəsini qazanıb. Keçirdiyi oyunda “AzInTelecom”u 9-2 hesabı ilə məğlub edən komandamız 1/4 final mərhələsinə vəsiqə qazanıb.
Növbəti mərhələdə komandamızın rəqibi keçən mövsümün çempionu olmuş SOCAR komandası olacaq. Qarşılaşma turnirin ən maraqlı və gərgin oyunlarından biri olacaq.
Qeyd edək ki, “Dirçəliş Kuboku” Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi, “Avrora Qrup”un baş sponsorluğu və “CBC Sport” telekanalının informasiya dəstəyi ilə keçirilir.
May ayında yekunlaşacaq turnirdə Qarabağ Dirçəliş Fonduna ianə edən dövlət qurumlarının və ölkəmizdə fəaliyyət göstərən şirkətlərin komandaları iştirak edir. Turnirdən əldə olunacaq vəsait işğaldan azad edilmiş ərazilərdə idman infrastrukturunun yaradılmasına yönəldiləcək.