Avrora Qrup “World Food 2024 İstanbul” sərgisində iştirak edəcək
Avrora Qrup növbəti qida sərgisində iştirak etməyə hazırlaşır. 3-6 sentyabr tarixlərində İstanbul şəhərində baş tutacaq World Food 2024 qida sərgisində Avrora şirkəti fərdi stendi ilə istehsal etdiyi məhsulları müştərilərə sərgiləyəcək. Sərgiyə Amerikadan, Ərəb ölkələrindən və Avropa ölkələrindən ziyarət olunur. Sərgiyə ortalama 64000-dən çox qonaq, 1000-dən çox sərgi iştirakçısı qatılacaq.