Search here...
TOP

Avrora Qrupun baş sponsorluğu ilə “Zəfər kuboku” keçirilib

Qusar Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş jurnalistlər arasında voleybol üzrə Zəfər Kuboku keçirilib.

İdman Araşdırmalar Mərkəzi və Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, “Avrora Qrup”un baş sponsorluğu ilə gerçəkləşən yarışa 6 komanda qatılıb. 3-cü yer uğrunda görüşdə isə “Füzuli” “Ağdərə”dən üstün olub – 2:0. Həlledici matçda “Şuşa” və “Kəlbəcər” komandaları üz-üzə gəlib. Gərgin keçən görüş birincilərin qələbəsi ilə yekunlaşıb – 2:0.

Turnirin ən yaxşı oyunçusu isə qalib komandanın üzvü İskəndər İbrahim seçilib.

Mükafatlandırma mərasimində Kompleksin direktoru və İdman Araşdırmalar Mərkəzinin sədri Elşən Məmmədov, Azərbaycan Voleybol Federasiyasının mətbuat katibi Şəfəq Kərimova, “Sumqayıt” Voleybol Klubunun direktoru Azər Kərimov iştirak edib.
Qeyd edək ki, Şuşa ardıcıl 3 cü dəfə Zəfər Kubokunun qalibi olur.