I Avrora Voleybol Çempionatının yarımfinal mərhələsi gərgin, amma bir o qədər də maraqlı və yaddaqalan oyunlarla yekunlaşıb.
Belə ki, Su İdman Sarayında keçirilən oyunlarda “Key Account” VK və “İnzibati” VK qarşılaşıb. Maraqlı keçən oyunda “Key Account” VK 3-0 hesabı qalibiyyəti rəsmiləşdirib. Növbəti maraqlı oyun isə “Bizon Exclusive” və “Logistika” voleybol komandası arasında baş tutub. Qarşılaşma 3-0 hesabı ilə “Bizon Exclusive” VK-nın qalibiyyəti ilə yekunlaşıb.
Su İdman Sarayında keçiriləcək final mərhələsində birinci yer uğrunda “Key Account” və “Bizon Exclusive” komandaları qarşılaşacaq.Üçüncülük uğrunda mübarizədə isə “İnzibati” VK və “Logistika” VK mübarizə aparacaq.
Qeyd edək ki, final mərhələsi barədə ətraflı məlumat qısa zamanda elan ediləcək.














