Search here...
TOP

İstifadə edilmiş batareyaları bizə təhvil verin

Təbiətin mühafizəsi və müdafiəsi üçün dünyada və ölkəmizdə işlənmiş batareya tullantılarının düzgün utilizasiyası məsələsi gündəmdədir. Xahiş edirik ki, Avrora Qrup olaraq istifadəyə yararsız və vaxtı keçmiş batareyaları toplanması məqsədi ilə “İctimaiyyətlə Əlaqələr” şöbəsinə verəsiniz. Toplanmış batareya tullantıları müəyyən periodlarla “İDEA” İctimai Birliyinə təhvil veriləcəkdir.

Qeyd edək ki, zibil qutusuna atılan bir batareya daşı ağır metallarla 400 litr su və ya 20 kvadrat metr ərazini çirkləndirə bilər. Zibil qutusuna atılan batareya daşı zibilliyə düşür və orada korroziya və ya yanma prosesi nəticəsində özündən hava və ya qrunt suları vasitəsilə yayılaraq qida və ya su ilə orqanizmizə daxil olacaq zərərli maddələr buraxır. Orqanizmdə toplanmaq xüsusiyyətinə malik olduğundan zərərli maddələr hətta az miqdarda olduqları halda belə onkoloji, reproduktiv və digər ciddi xəstəliklərə səbəb ola bilər.Batareya daşlarının hamısında insan sağlamlığına çox ciddi ziyan vuran toksik elementlər var:
● qurğuşun – böyrəklərə, qaraciyərə və sinir sisteminə, sümük toxumasına təsir edir, qan hüceyrələrinin ölümünə səbəb olur;
● kadmium – ağciyərə və böyrəklərə zərər verir;
● civə – sinir sisteminə, qaraciyərə, böyrəklərə, mədə-bağırsaq traktına, tənəffüs yollarına zərər verir;
● nikel və sink – əsasən mədəaltı vəz, bağırsaq, qaraciyər və beyinə zərər verir;
● qələvilər – selikli qişaları və dərini yandırır.

Nə etməli?

Bunun qarşısını almaq üçün, ilk növbədə çoxdəfəli akkumulyatorlarla əvəz etməklə batareya daşlarının istifadəsini azaltmalı, eləcə də istifadə olunduqdan sonra onlar qəbul məntəqələrinə təhvil verilməlidir.