Avrora Qrup ixrac imkanlarını genişləndirmək, yeni bazarlara çıxış əldə etmək üçün dünyanın ən böyük qida sərgilərindən biri “CNR İstanbul Qida” sərgisində iştirak edib.
Sərgidə dünyanın 20-dən çox ölkəsindən 2500-ə qədər satınalma meneceri və 2000-dən çox markası iştirak edib.
Avrora Qrup-un istehsal etdiyi məhsullar sərgi iştirakçılarının marağına səbəb olub. Bir neçə distributor şirkət və marketlər şəbəkəsi ilə ilkin danışıqlara start verilib.

