Avrora Şahmat Çempionatının oyun nəticələri məlum oldu

Birlik və Bağlılıq dəyərlərimizə sadiq qalaraq mükəmməllik mümkündür dedik və Avrora Şahmat Çempionatına start verdik. Elan etdiyimiz kimi 17 aprel 2021-ci il tarixində A və D qrupunun oyunları baş tutmuşdur. Oyunlar çox gərgin və maraqlı keçmiş, final mərhələsinə vəsiqə qazanan əməkdaşlar bəlli olmuşdur.

A Qrupunda Seymur Nəbiyev və Dəmir Əsədov, D Qrupunda Araz Əliyev və Ceyhun Quliyev FİNAL-a vəsiqə qazanmışdır.

Aşağıdakı excel fayllarını yükləyərək qruplar üzrə ümumi xalları və qarşılaşmaların nəticələri ilə tanış ola bilərsiniz.