Search here...
TOP

Avrora əməkdaşlarını setrifikatlarla təltif edib

“Avrora Qrup” öz dəyərlərinə sadiq qalaraq əməkdaşlarının mükafatlandırılması tədbirini reallaşdırıb. Şirkət “Birlik və bağlılıq” dəyərindən yola çıxaraq 2020-ci il üçün performans dəyərləndirməsini həyata keçirib. Baş tutan tədbirdə şirkətin 220 əməkdaşı pul mükafatı və sertifikatlarla təltif olunub.

Tədbir Qarabağda döyüşərək şəhid olan qəhrəmanlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etməklə start götürüb. Daha sonra şirkətin rəhbəri və direktorlar 2020-ci ildə əldə olunan uğurlar və 2021-ci ilin hədəfləri barədə ətraflı məlumat veriblər.

Qeyd edək ki, 2021-ci ilin hədəflərinə daha çox əməkdaşın mükafatlandırılması nəzərdə tutulur. “Avrora Qrup” bir ailədir, ailədə birlik və bağlılığın formalaşdırılması istiqamətində əməli addımların atılması kəsilməz olaraq davam edəcəkdir.