Avrora Qrup ixrac arealını 2020-ci ildə də artırıb

Avrora Qrup 2020-ci ildə də öz ixrac coğrafiyasını genişləndirməkdə davam edib. Belə ki, məhsullarımızın Mərkəzi Asiya ölkələrində (Özbəkistan, Türkmənistan, Qırğızıstan) daha geniş distribusiyası təşkil edilmişdir.

Bununla yanaşı, Avrora Gürcüstan, İraq və Rusiya bazarlarında tanınmış böyük şəbəkələrdə (Carrefour, Spar, Magnit, Blanc Bazaar, Lazya və s.) öz məhsullarını sərgiləmiş və daha çox istehlakçıya təqdim etmişdir.

Şirkətimiz bu il də daha bir yeniliyə imza atmışdır. Belə ki, ilk dəfə 2020-ci ildə Avrora öz istehsalı olan məhsulları Liviya dövlətinə ixrac etmişdir.