Şəhidin var Avrora! Başın sağ olsun Vətən!

Şəhidimiz var, Azərbaycan! Şəhidimiz var Avrora! Avrora Qrupun əməkdaşı Rzayev Adil Akif oğlu Qarabağın azad olunmasında gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Şəhidin nəşi 30.11.2020-ci il tarixində Sumqayıt şəhərində Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Allah Rəhmət Eləsin, əzizlərinə və yaxınlarına səbr versin. Vətən sağ olsun!

Qeyd edək ki, Rzayev Adil Akif oğlu Avrora Qrup-da Anbarda çalışırdı.