Search here...
TOP

Şuşanın girişində latın hərfləri ilə “ŞUŞA” adı belə montaj olundu

Azərbayan Respublikasının şanlı və müzəffər ordusu Şuşa şəhərini işğaldan azad etdikdən sonra tarixi adı bərpa olunaraq şəhərin girişində müvəqqəti konstruksiya ilə qeyd etmişdi.

Berg Energy komandası bu müvəqqəti konstruksiyanı yeniləyərək ŞUŞA adını bayrağımızın rənglərində yenidən hazırlatdırmış və şəhərin əsas girişində əsgərlərimizlə birlikdə quraşdırmışdır. Bu prosesi və himnimizin səsləndirilməsini Xankəndinə gedən yolda sülhməramlı missiyanı yerinə yetirən rus əsgərləri də izləmişdir.  Şuşa adının latın hərfləri ilə asılma anının videosunu sizlərə təqdim edirik.

Qeyd edək ki, Berg Energy komandası Şuşa şəhərinə getmiş, ordakı əsgərlərimizlə görüşmüş, onlara sovqat çatdırmışdır. Bundan başqa, Berg komandası səyyar hamam hazırlatdıraraq əsgərlərin istifadəsi üçün təqdim etmişdir.