Avrora Qrup əməkdaşları 27 sentyabr tarixindən etibarən cəbhə bölgəsində başlayan hərbi əməliyyatların uğurla bitməsini qeyd edib.
Prezident İlham Əliyevin gecə saatlarında Xalqımıza Qələbə müjdəsini verməsi Azərbaycanın bütün bölgələrində, ailələrində sevinc və qürur hissi ilə qarşılanıb. Avrora Qrup kollektivi də işə qürur və sevinclə start verib. Belə ki, şirkət rəhbəri Qələbə sevincini şirkət əməkdaşları ilə bölüşüb. O: “Azərbaycanın şanlı, qəhrəman və müzəffər Ordusu cəbhədə qələbə qazandı. Cənab Prezidentə bizə bu hissi yaşatdığına və bizi qürurlandırdığına görə bir ömür minnətdarıq və ona təşəkkür edirik. Bundan sonra da biz Avrora Qrup olaraq daha çox çalışacaq, milli iqtisadiyyatımızın və Qarabağın çiçəklənməsinə, dirçəlməsinə əlimizdən gələn tövhəni verəcəyik. Qazilərimizin və şəhid ailələrinin daima yanında olacağıq. Qarabağ Azərbaycandır! Qələbə Azərbaycanındır!” – deyib.
Sonda Avrora Qrup ailəsi Azərbaycan Dövlət Himnini səsləndirib və şəhidlərimizin ruhunu yad edib.



