Avrora Qrupda əməkdaşlar arasında intellektual rəqabətin və komanda ruhunun təşviqi məqsədilə təşkil olunan “III Avrora Qrup Şahmat Çempionatı” uğurla davam edir.
48 əməkdaşın iştirakı ilə keçirilən çempionatda iştirakçılar qrup mərhələsində maraqlı və gərgin mübarizə apararaq final mərhələsinə vəsiqə qazanmaq uğrunda yarışıblar. Çempionat əməkdaşların asudə vaxtlarının səmərəli təşkili, məntiqi düşüncə bacarıqlarının inkişafı və korporativ əlaqələrin gücləndirilməsi baxımından böyük maraqla qarşılanıb.
Hazırda yarışın final mərhələsinə yüksələn 16 Finalçı müəyyənləşib və qalib adını qazanmaq uğrunda mübarizə davam edir.
Bütün iştirakçılara növbəti oyunlarda uğurlar arzulayırıq!



