Search here...
TOP

İş axtaranlar üçün açıq qapı günü keçiriləcək

Bakıda iş axtarışında olanlar üçün yeni iş fürsətləri yaranıb. Belə ki, “Shaurma №1” brendi öz komandasını daha da böyüdür!

Karyerasında yeni başlanğıc etmək istəyənlər üçün açıq qapı zamanı aşağıdakı vakansiyalar təklif olunacaq:

  • Restoran Meneceri
  • Administrator
  • Xəzinədar-operator
  • Barista
  • Fırınçı
  • Şaurmaçı
  • Mətbəx işçisi
  • Ofisiant
  • Ofisiant köməkçisi
  • Hostess

Qeyd edək ki, müsahibədən keçən şəxslər üçün iş yerləri üç fərqli nöqtədə olacaq. Yeni açılacaq filiallar Heydər Əliyev adına Beynəlxalq Hava Limanında, Səbail rayonu Əbdülkərim Əlizadə küçəsində və Nərimanov rayonu Aşıq Molla Cümə küçəsində yerləşəcək.  Açıq qapı günü 17 iyul 2026-cı il tarixində, saat 10:00-16:00 aralığında olacaq. Açıq qapı günündə iştirak etmək istəyən şəxslər Aşıq Molla Cümə küç 46C (Avrora Qrup, baş ofis) ünvanına yaxınlaşa bilər.