Hər hansı zədə (əzilmə, sınıq, yanıq və s.) almış şəxsin həyatını xilas etmək və sağlamlığını bərpa etmək üçün ona göstərilmiş ilk həkiməqədər yardımın böyük əhəmiyyəti vardır.
İş yerində də ehtiyac yarandıqda bir sıra ilkin tibbi yardımları həyata keçirməklə bəzi xoşagəlməz nəticələrin və ağır fəsadların qarşısını almaq mümkündür. Bu səbəbdən Avrora şirkəti olaraq əməkdaşlarımızın sağlamlığının qeydinə qalmaq, onlara ilkin tibbi yardım göstərmək üçün şirkət əməkdaşları tibbi kurslara cəlb edilmişdir. Baş ofisdə “Satınalma şöbəsi”nin əməkdaşı Aysel Şiralizadə “İlkin tibbi yardım” kursunda iştirak etmiş və müvəffəqiyyətlə bitirərək “MediCLub” klinikası tərəfindən sertifikatla təltif edilmişdir. Artıq əməkdaşımız Aysel xanım qıcolma, sınıq, çıxıqlar və burxulma, yanıqlar, boğulma, qanaxma və s. kimi təcili vəziyyətlərdə ilkin tibbi yardımı göstərmək üçün lazım olan tibbi biliklərə yiyələnmişdir. Baş ofisdə zədə və xəstəliklə bağlı ilkin müdaxilə ehtiyac olarsa, eyni zamanda tibbi qutulardan (dərman preparatları) istifadə edən zaman Aysel xanımla əlaqə saxlamağınız tövsiyə olunur.
Vaxtında və düzgün göstərilmiş ilk yardım bir çoxlarının həyatını xilas edə bilər. Bu hər kəsin insanlıq vəzifəsidir.
