Search here...
TOP
;

U-11 gənc futbolçular turniri

Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyası və  “Bakusportinq” Futbol Klubu tərəfindən U-11 gənc futbolçular turniri həyata keçirilib.

Turnirin açılışında Azərbaycan Gənclər və İdman naziri Fərid Qayıbov, Azərbaycan Futbol Federasiyasının nümayəndələri və digər futbol iсtimai xadimlər, veteranlar iştirak edib. 8 komandanın – Zirə FK, Səbail FK, Neftçi İK FK, Sumqayıt FK,  Metak FK ( Qusar), Tekin FK, Mübariz FK və “Bakusportinq ” FK – mübarizə apardığı turnirdə “Bakusportinq” klubu qələbə qazanıb. Baku Sportinq klubunun tərəfdaşı olan “Avrora Qrup” iştirakçı komandalara “Sladena” və “Kreki” brendlərinin hədiyyələrini təqdim edib. Qeyd edək ki, bütün oyunların içməli su tərəfdaşı “Çinarlı” brendi olmuşdur.

;