“Birlik və bağlılıq” dəyərimizdən yola çıxaraq, əməkdaşlarımızın vaxtının səmərəli keçirilməsi və birliyin daha da möhkəmləndirilməsi üçün keçirilən II Avrora Şahmat Çempionatının növbəti VII, VIII və IX (Final) turun oyunları baş tutmuşdur. Gərgin və maraqlı keçən qarşılaşmalarda qaliblər müəyyən edilmişdir. Xal sıralamasına görə ilk 5 yerin sahibləri aşağıdakı kimidir:I Yerin sahibi Məmmədov EmilII Yerin sahibi Nəbiyev SeymurIII Yerin sahibi Nəcəfov TamirIV Yerin sahibi Qurbanov BeydulV Yerin sahibi Əliyev Araz.
Qeyd edək ki, birinci yer 1000 manat, ikinci yer 600 manat, üçüncü yer 400 manat, dördüncü və beşinci yerin sahibləri isə 150 manat pul mükafatı, sertifikatlar və müvafiq kubokları əldə etdilər. Qalibləri təbrik edir, nöbəti çempionatlarda uğurlar arzu edirik.






