28 noyabr 2021-ci il tarixində futbol üzrə “Şirkətlər Liqası”nın yarımfinal oyunları baş tutub. Çempionatda uğurla mübarizə aparan Avrora Qrup “Soliton MMC” yığmasıyla qarşılaşıb.
Gərgin və maraqlı keçən oyunda azarkeşlər 5 qola şahid olub. Ümumi hesab 3:2 şirkətimizin xeyrinə olub. Avrora Qrupdan qolları Məhəmməd Abbaslı (1), İlqar Musabalıyev (1), Türkel Həsənli (1) vurub. Bununla da şirkətimiz final qarşılaşmasına vəsiqə qazanıb.
Qeyd edək ki, növbəti FİNAL oyunu 5 dekabr 2021-ci il tarixində SOCAR yığmsına qarşı olacaq. Hər kəsi dəstək üçün AzFar-ın Olimpiya stadionu yaxınlığında yerləşən meydançasına dəvət edirik.
Yığma komandamıza uğurlar arzu edir, qələbə sevincini bizlərə yaşatmasını diləyirik!

