Search here...
TOP

Avrora Qurban bayramı ilə əlaqədar uşaq evlərini ziyarət edib

Avrora Qrup “Sosial ictimai məsuliyyət” dəyərinə uyğun olaraq Qurban bayramı münasibəti ilə uşaq evlərinə, qadın və uşaq sığınacaqlarına ərzaq yardımı və Qurban payı çatdırıb. Bu dəfə şirkət Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən “Nur” uşaq evinə, 8-ci mk. rayonda yerləşən Azərbaycan Uşaqlar Birliyi – Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə, Biləcəri qəsəbəsində yerləşən Kimsəsiz Uşaq və Qadınlara Yardım İctimai Birliyinin nəzdində qadın və uşaq sığınacağına ərzaq bağlamaları və qurban payı çatdırıb.

Məlumat üçün bildirək ki, 2021-ci ilin “Korporativ sosial məsuliyyət” proqramında kimsəsiz uşaqlara xüsusi yer ayrılmış və bu istiqamətdə silsilə tədbirlər həyata keçirilməkdədir. Proqramının məqsədi sosial təminatı zəif və kimsəsiz uşaqlara müxtəlif istiqamətlərdə dəstək olmaq, daim diqqətdə saxlamaq və təbəssümlərinin səbəbkarı olmaqdır.