Koronavirus (COVİD-19) pandemiyası artıq bir müddətdir ki, həyatımızdadır. Koronavirus (COVİD-19) xəstəliyi yayılmağa davam etdiyindən bu xəstəliyə bundan sonra yoluxma hallarının qarşısını almaq, baş vermiş halların təsirini azaltmaq və nəzarət tədbirlərini dəstəkləmək məqsədi ilə sizdən xahiş edirik ki, kimsə özündə soyuqdəymə və qripin simptomlarını və yaxud digər xəstəlik əlamətlərini hiss edirsə, birbaşa rəhbərini məlumatlandıraraq işə çıxmamalarını tövsiyyə edirik (xəstəlik vərəqi (büllleten) təqdim etmək şərti ilə).
Bundan başqa, hər bir əməkdaşımıza aşağıda qeyd edilənlərə diqqətli olmağa çağırırıq:
Şirkətə tibbi maskasız gələn əməkdaşların girişdə buraxılmayacağını, şirkət ərazisində, iş otağında tibbi maskadan istifadə etmənin məcburi və əl ilə görüşmənin məhdudlaşdırılmasının zəruri olduğunu nəzərinizə çatdırmaq istərdik;
Şirkətə məxsus mərtəbələrdə dezinfeksiya məqsədilə quraşdırılmış spirt qablarından istifadə edin;
Nahar zamanı yeməkxanada növbə gözləyərkən sosial məsafənin qorunmasının vacibliyini unutmayın və tibbi maskadan istifadə edin;
Tədricən, işgüzar toplantıların online şəkildə həyata keçirilməsi nəzərdə tutulub.
Bu mənada, gəlin, yekdilliklə cavabdehlik hissini unutmayaq! Hamımız pandemiya ilə mübarizədə birlik nümayiş etdirək. Dövlətimiz tərəfindən qəbul edilən bütün əhəmiyyətli qərarlara, tövsiyələrə, göstərişlərə və çağırışlara riayət edək.