Search here...
TOP
;

Avrora Qrup beynəlxalq standartların tətbiqi ilə bağlı uğurlara imza atıb

Avrora Qrup beynəlxalq standartların tətbiqi ilə bağlı layihələrini davam etdirir. Bu il Şirkətimizdə Keyfiyyət departamentinin rəhbərliyi ilə Qida Təhlükəsizliyini Təmin edən Qrup  ( HACCP) yaradılıb. Bu komanda iştirakçıları uğurla ilk dəfə beynəlxalq audit yoxlanmasından keçərək İSO 22000:2018  Qida Təhlükəsizliyi Menecmenti Sistemi sertifikatını Avrora Qrup müəssisələri üçün əldə ediblər.

Avrora Qrup eyni zamanda bu il İSO 9001:2015 Keyfiyyətin İdarə edilməsi sistemi standartı üzrə nəzarət auditini da uğurla tamamlayıb. Hal-hazırda Keyfiyyət departamenti laboratoriyamızda İSO 17025  standartının tətbiqi və laboratoriyanın akkreditasiyası, istehsalat sahəsi üçün Halal standartın tətbiqini hədəf qoyaraq  işlərə başlayıb.

Beynəlxalq Keyfiyyət standartları sistemlərinin tətbiqində bütün komanda üzvlərimizə  daha böyük uğurlar arzu edirik.

;