A qrupunda çıxış edən “Avrora Qrup” – “UNEC Müəllimlər” komandalarının qarşılaşmasında qapılara 21 top vurulub. Belə ki, komandamız rəqibini 19:2 hesabı ilə məğlub edərək turun ən böyükhesablı qalibiyyətinə imza atıblar.
Məlumat üçün bildirək ki, “Dirçəliş Kuboku” xeyriyyə futbol turniri Qarabağ Dirçəliş Fondunun (QDF) təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi, “Tamstore” Marketlər Şəbəkəsinin baş sponsorluğu və “CBC Sport” telekanalının informasiya dəstəyi ilə keçirilir.
May ayında yekunlaşacaq turnirdə Qarabağ Dirçəliş Fonduna ianə edən dövlət qurumlarının və ölkəmizdə fəaliyyət göstərən şirkətlərin komandaları iştirak edirlər.
Xüsusi olaraq vurğulamaq lazımdır ki, turnirin keçirilməsindən əldə olunacaq vəsait işğaldan azad edilmiş ərazilərdə idman infrastrukturunun yaradılmasına yönəldiləcək.